Azərbaycanda 13 internat məktəbi ümumtəhsil məktəbi, lisey və gimnaziyalara çevrilib

Posted by

Azərbaycanda 13 internat məktəbi ümumtəhsil məktəbi, lisey və gimnaziyalara çevrilib

Azərbaycanda 13 internat məktəbi ümumtəhsil məktəbi, lisey və gimnaziyalara çevrilib

Azərbaycanda 13 internat məktəbi ümumtəhsil məktəbi, lisey və gimnaziyalara çevrilib

Azərbaycanda hökumət tərəfindən təsdiq edilmiş dövlət uşaq müəssisələrinin transformasiya üzrə Baş Planına uyğun olaraq 13 internat məktəbi transformasiya olunaraq ümumtəhsil məktəblərinə, lisey və gimnaziyalara çevrilib. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində 10 nəfər uşaq üçün tikilib istifadəyə verilmiş 1 nömrəli Ailə tipli kiçik qrup evi Təhsil Nazirliyinin tabeliyinə verilib. Dövlət Proqramı çərçivəsində ümumilikdə 589 nəfər uşağın, 2013-cü ildə isə 34 nəfər uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb. 309 nəfər uşağın və onların bioloji ailələrinin fərdi qiymətləndirilməsi həyata keçirilib. 309 nəfər uşaqdan öz bioloji ailəsinin və ya yaxın qohumlarının himayəsinə qaytarılması mümkün olan 150 nəfər uşağa fərdi plan hazırlanıb.

 

Qeyd olunub ki, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbləri və uşaq evlərində yaşayan 149 nəfər uşaq rayon və şəhər icra hakimiyyətlərinin sərəncamı ilə bu müəssisələrdən bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb. 2008-ci ildə 4055 nəfər uşaq dövlət müəssisələrində gecələyirdisə, onların sayı azalaraq hazırda 3470 nəfər təşkil edir.

 

Ölkədə sosial işçilərin sayının artması ilə çətin həyat şəraitində olan ailələrin vaxtında aşkarlanması, onların problemlərinə kompleks yanaşma, müvafiq dəstəyin göstərilməsi və alternativ xidmətlərin yaranması nəticəsində müəssisələrə düşən uşaqların sayı azalacaq.

 

Apa.az