Azərbaycan-Xorvatiya əlaqələrinin cari durumu qiymətləndirildi

Posted by

Azərbaycan-Xorvatiya əlaqələrinin cari durumu qiymətləndirildiAzərbaycan-Xorvatiya əlaqələrinin cari durumu qiymətləndirildi

Azərbaycan-Xorvatiya əlaqələrinin cari durumu qiymətləndirildi

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Xorvatiyanın Baş nazirinin birinci müavini, xarici və Avropa işləri üzrə naziri Vesna Pusiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Trend Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycanla Xorvatiya arasında sıx münasibətlərin olduğunu bildirən E.Məmmədyarov əlaqələrimizin cari durumunu yüksək qiymətləndirib.

Qarşılıqlı səfərlərin münasibətlərin inkişafında əhəmiyyətini diqqətə çatdıran nazir bu kimi səfərlərin gələcəkdə daha da artırılmasının vacibliyini diqqətə çatdırıb.

Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminində xüsusi rol oynadığını bildirən V.Pusiç Xorvatiyanın Azərbaycanla enerji sektoru sahəsində əməkdaşlıqla maraqlı olduğunu bildirib. O, ölkələrimizin bir sıra sahələrdə, xüsusilə, gəmiqayırma sahəsində uğurlu əməkdaşlıq etdiyini qeyd edib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və danışıqlar prosesi haqqında məlumat verən nazir Xorvatiyanın münaqişə ilə bağlı BMT Nizamnaməsinə və beynəlxalq hüquqa əsaslanan mövqeyinin yüksək qiymətləndirildiyini deyib.

Həmçinin görüşdə müqavilə-hüquq bazasının genişləndirilməsi, sərmayələrin təşviqi, mədəniyyət, turizm, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

 

Trend.az