Azərbaycan XİN: Macarıstandakı təşkilatın Dağlıq Qarabağa səfərlər təşkil etməsi ətraflı araşdırılır

Posted by

Azərbaycan XİN: Macarıstandakı təşkilatın Dağlıq Qarabağa səfərlər təşkil etməsi ətraflı araşdırılırAzərbaycan XİN: Macarıstandakı təşkilatın Dağlıq Qarabağa səfərlər təşkil etməsi ətraflı araşdırılır

Azərbaycan XİN: Macarıstandakı təşkilatın Dağlıq Qarabağa səfərlər təşkil etməsi ətraflı araşdırılır

Mərkəzi ofisi Macarıstanın Budapeşt şəhərində yerləşən “Səyahət alimləri” təşkilatının (“The Travel Scientists”) “Caucasian challenge” adlı marşrut təşkil edərək Azərbaycan ərazilərinə səfərlər təşkil etməsi Azərbaycanın Macarıstandakı səfirliyi tərəfindən araşdırılır. Bunu APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev deyib.

 

H. Hacıyev bildirib ki, “Səyahət alimləri”nin Azərbaycanın işğal altındakı ərazilərinə turlar təşkil etməsi və saytında insanlara səslənərək “narahat olmayın, Dağlıq Qarabağa səfər etməyiniz xarici pasportunuzda qeyd olunmayacaq” deyə təbliğat aparması kimi faktlar nəzarətə götürülüb: “Bu məsələ ilə bağlı Azərbaycanın Macarıstandakı səfirliyinə sorğu göndərmişik və sözügedən təşkilatın fəaliyyəti ətraflı araşdırılır, həmçinin lazımi qurumlara da müraciətlər ediləcək. Macarıstan Respublikası Azərbaycanın ərazi bütövlüyünü tanıyır, ölkələrimiz arasında sıx dostluq münasibətləri var. Lakin bu və digər ölkədə hansısa xarici şirkətin beynəlxalq hüquqa məhəl qoymadan işğal altında olan ərazilərə səfərlər və turlar təşkil etməsi qanunsuz fəaliyyətin göstəricisidir. Belə şirkətlər və təşkilatlar barədə ciddi ölçü götürülməlidir”.

 

Apa.az