Azərbaycan XİN: Kanada şirkəti tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz turist səfərlərinin təşkili dayandırılıb

Posted by

Azərbaycan XİN: Kanada şirkəti tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz turist səfərlərinin təşkili dayandırılıbAzərbaycan XİN: Kanada şirkəti tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz turist səfərlərinin təşkili dayandırılıb

Azərbaycan XİN: Kanada şirkəti tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz turist səfərlərinin təşkili dayandırılıb

“Görülmüş tədbirlər nəticəsində “ToursbyLocals” şirkəti tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz turist səfərlərinin təşkili dayandırılıb”.

 

Bunu APA-ya Azərbaycan XİN-in sözçüsü Hikmət Hacıyev bildirib.

 

O qeyd edib ki, baş ofisi Kanadanın Vankuver şəhərində yerləşən “ToursbyLocals” şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz turizm səfərləri təşkil etməsi ilə əlaqədar Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycanın Kanadadakı səfirliyi tərəfindən zəruri etiraz tədbirləri görülüb: “Nəticədə “ToursbyLocals” şirkəti tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz turist səfərlərinin təşkili dayandırılıb və şirkətin internet resurslarından bu qanunsuz səfərlərlə bağlı bütün məlumatlar çıxarılıb. Azərbaycan Respulikasının işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət Xarici İşlər Nazirliyi və diplomatik nümayəndəliklərimizin daim diqqət mərkəzindədir və bu kimi qanunsuz əməllərin qarşısının alınması istiqamətində davamlı iş aparılır”.

 

Apa.az