Azərbaycan xarici işlər naziri Bazeldə finlandiyalı həmkarı ilə görüşüb

Posted by

Azərbaycan xarici işlər naziri Bazeldə finlandiyalı həmkarı ilə görüşübAzərbaycan xarici işlər naziri Bazeldə finlandiyalı həmkarı ilə görüşüb

Azərbaycan xarici işlər naziri Bazeldə finlandiyalı həmkarı ilə görüşüb

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Bazeldə finlandiyalı həmkarı Erkki Tuomioya ilə görüşüb.

 

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə və Trans-Anadolu, Trans-Adriatik qaz kəmərlərinin əhəmiyyəti vurğulanıb.

 

E. Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında məlumat verib. O bildirib ki, münaqişənin sülh yolu ilə həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.

 

Ermənistanın münaqişənin həlli prosesinə əngəl yaratdığını deyən E. Məmmədyarov Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində təxribatçı məqsədlərə xidmət edən genişmiqyaslı hərbi təlimlərin keçirildiyini diqqətə çatdırıb.

 

Apa.az