Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 96-cı ildönümü münasibətilə rəsmi qəbul təşkil olunmuşdur

Posted by

Azərbaycan Respublikasının Avstriya, Slovakiya və Sloveniyadakı səfirliyinin Lyublyana ofisi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 96-cı ildönümü münasibətilə rəsmi qəbul təşkil olunmuşdur.

Xarici İşlər Nazirliyindən AzərTAc-a bildirmişlər ki, tədbirdə Sloveniyanın dövlət və hökumət rəsmiləri, Lyublyana şəhərinin meri, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, ARDNŞ-in Avstriyadakı ofisinin nümayəndələri, Azərbaycan Silahlı Qüvvələrinin Sloveniyadakı hərbi attaşesi Kamil Quliyev və eləcə də bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və işgüzar dairələrin təmsilçiləri iştirak etmişlər.

Tədbirdə çıxış edən səfir Qalib İsrafilov ölkəmizin ötən əsrin əvvəllərində müstəqillik uğrunda mübarizəsindən, 1991-ci ildə müstəqilliyinin bərpasından sonra respublikamızda gedən proseslərdən və əldə olunmuş nailiyyətlərdən danışmışdır.

Daha sonra Azərbaycan-Sloveniya münasibətlərinin inkişaf etdirilməsi istiqamətində xidmətlərinə görə 10 nəfər Sloveniya vətəndaşına səfirliyin təltif diplomu verilmişdir.

Tədbirin bədii hissəsində gənc musiqiçi Çingiz Mustafayev tarda Rizvan Əliyevin müşayiəti ilə Azərbaycan və dünya bəstəkarlarının mahnılarını səsləndirmişdir.

AzərTac.az