Azərbaycan vətəndaşları ilə əcnəbilər arasında nikahın bağlanması və pozulması faktları artı

Posted by

Azərbaycan vətəndaşları ilə əcnəbilər arasında nikahın bağlanması və pozulması faktları artıb

Azərbaycanda ölkə vətəndaşları ilə xarici ölkələrdən olan şəxslər arasında nikahın bağlanması və pozulması faktları artıb. Bu barədə Trend-ə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsindən bildiriblər.

Ötən 2013-cü ildə Azərbaycanda ölkə vətəndaşları ilə xarici ölkələrdən olan şəxslər arasında 2480 nikah bağlanıb. Bu isə 2012-ci ilə nisbətən 43 faiz artım deməkdir.

Xatırladaq ki, 2012-ci ildə Azərbaycan vətəndaşları ilə xarici ölkələrdən olan şəxslər arasında 1932 nikah bağlanmışdı.

Bununla yanaşı, Azərbaycan vətəndaşları ilə xarici ölkələrdən olan şəxslər arasında nikahın pozulması halları da artıb. Belə ki, 2012-ci ildə bu rəqəm 148 idisə, ötən il 211 fakt qeydə alınıb.

Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda 2012-ci ilə nisbətən bağlanan nikahların sayı da 10,3% artıb. Belə ki, 2012-ci ildə ölkədə 78 480 nikah bağlanmışdısa, ötən il ailə quranların sayı artaraq 86 594-ə çatıb. Bununla yanaşı, ölkədə nikahın pozulması ilə bağlı 11 849 fakt qeydə alınıb. Bu isə o deməkdir ki, 2012-ci ilə nisbətən boşanma hallarının sayı 6 % artıb. Halbuki 2012-ci ildə bu rəqəm 11 min 182 fakt təşkil etmişdi.