Azərbaycan Venesiya Komissiyasının 100-cü plenar sessiyasında iştirak edəcək

Posted by

Azərbaycan Venesiya Komissiyasının 100-cü plenar sessiyasında iştirak edəcəkAzərbaycan Venesiya Komissiyasının 100-cü plenar sessiyasında iştirak edəcək

Azərbaycan Venesiya Komissiyasının 100-cü plenar sessiyasında iştirak edəcək

2014-cü ilin 10-11 oktyabr tarixlərində Romada Qanun vasitəsilə Demokratiya naminə Avropa Komissiyasının (Venesiya Komissiyası) 100-cü plenar sessiyası keçiriləcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev yubiley sessiyasına qatılacaq və tədbirin açılış hissəsində Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi adından çıxış edəcək.

Səfir çərçivəsində M.Məmməd-Quliyevin İtaliya Xarici İşlər Nazirliyinin rəsmi şəxsləri ilə görüşlər keçirməsi də nəzərdə tutulub.

 

Trend.az