Azərbaycan və Türkiyə fövqəladə halların qarşısının alınmasında təcrübə mübadiləsini genişləndirəcəklər

Posted by

Azərbaycan və Türkiyə fövqəladə halların qarşısının alınmasında təcrübə mübadiləsini genişləndirəcəklər

Azərbaycan və Türkiyə fövqəladə halların qarşısının alınmasında təcrübə mübadiləsini genişləndirəcəklər

Azərbaycan və Türkiyə fövqəladə halların qarşısının alınmasında təcrübə mübadiləsini genişləndirəcəklər

Azərbaycanla Türkiyə arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində təcrübə mübadiləsi daha da genişləndiriəcək.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, bu fikir bu gün Qəbələdə keçirilən Fəlakət riskinin idarə olunması üzrə VII Beynəlxalq konfrans çərçivəsində Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun Türkiyə Baş nazirinin müavini Bəşir Atalayla görüşündə səsləndirilib.

K.Heydərov qeyd edib ki, iki qardaş ölkə – Türkiyə və Azərbaycan beynəlxalq platformalarda uğurlu əməkdaşlıq edirlər. Bütün sahələrdə olduğu kimi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində də əlaqələr ən yüksək səviyyədədir. Ölkələrimizin müvafiq qurumları xalqlarımız və dövlətlərimizin mənafeyi naminə mühüm tədbirlər həyata keçirirlər. Ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamına uyğun olaraq, qardaş ölkələrimiz arasında əməkdaşlıq bundan sonra da möhkəmlənəcək.

B.Atalay isə yüksək səviyyədə keçirilən beynəlxalq konfransın böyük əhəmiyyətini qeyd edib, qardaş Azərbaycanın dilbər guşələrindən biri olan Qəbələdə aparılan quruculuq işlərindən məmnunluğunu ifadə edib. O vurğulayıb ki, Türkiyənin Van şəhərində baş vermiş zəlzələ zamanı da ilk yardıma yetişən ölkə Azərbaycan olub. B.Atalay ümidvar olduğunu bildirib ki, iqtisadi və sosial sahələrdə inamla irəliləyən və qüdrətli dövlətə çevrilən Azərbaycanla Türkiyə birlikdə daha böyük nailiyyətlər əldə edəcək, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində təcürbə mübadiləsi daha da genişlənəcək.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

 

Trend/az