Azərbaycan və NATO/ABŞ Ekspert Qrupu arasında hərbi təhsil sisteminin inkişafına yardım üzrə görüş keçirilir

Posted by

Azərbaycan və NATO/ABŞ Ekspert Qrupu arasında hərbi təhsil sisteminin inkişafına yardım üzrə görüş keçirilirAzərbaycan və NATO/ABŞ Ekspert Qrupu arasında hərbi təhsil sisteminin inkişafına yardım üzrə görüş keçirilir

Azərbaycan və NATO/ABŞ Ekspert Qrupu arasında hərbi təhsil sisteminin inkişafına yardım üzrə görüş keçirilir

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında NATO/ABŞ Ekspert Qrupunun mütəxəssisləri tərəfindən Hərbi Təhsil Sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə növbəti işçi görüşü keçirilir.

 

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, tədbirdə hərbi təhsil sahəsində strateji planlaşdırmanın təşkili ilə bağlı beynəlxalq təcrübənin, o cümlədən NATO ölkələrinin bu sahədə təcrübəsinin öyrənilməsi və təhsil üzrə digər məsələlər barədə müzakirələr aparılır.

 

Ekspert Qrupunun üzvləri Hərbi Akademiyanın komandanlığı ilə görüşüb, kafedraların rəhbər və müəllim heyəti ilə dəyirmi masada strateji planlaşdırmanın təşkili ilə bağlı fikir mübadiləsi aparıblar.

 

Eyni zamanda Hərbi Akademiyanın dinləyiciləri üçün milli təhlükəsizlik strategiyası, qloballaşma və təhlükəsizliklə bağlı mühazirələrin oxunması da planlaşdırılır. Tədbir noyabrın 13-də başa çatacaq.

 

Apa.az