Azərbaycan və Macarıstan qadınları arasında müxtəlif sahələrdə mövcud əlaqələrin gələcəkdə hər iki ölkə üçün mühüm nəticələr verəcəyinə əminlik ifadə edilmişdir

Posted by

Azərbaycan və Macarıstan qadınları arasında müxtəlif sahələrdə mövcud əlaqələrin gələcəkdə hər iki ölkə üçün mühüm nəticələr verəcəyinə əminlik ifadə edilmişdir

Azərbaycan və Macarıstan qadınları arasında müxtəlif sahələrdə mövcud əlaqələrin gələcəkdə hər iki ölkə üçün mühüm nəticələr verəcəyinə əminlik ifadə edilmişdir

Azərbaycan və Macarıstan qadınları arasında müxtəlif sahələrdə mövcud əlaqələrin gələcəkdə hər iki ölkə üçün mühüm nəticələr verəcəyinə əminlik ifadə edilmişdir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı ilə mayın 5-də Macarıstan Biznes Liderləri Forumunun tərkibinə daxil olan Qadın Biznes Liderləri Forumunun təsisçisi Barbola Çakonun rəhbərliyi altında nümayəndə heyətinin Bakıya işgüzar səfəri çərçivəsində “dəyirmi masa” keçirilmişdir.

AzərTAc xəbər verir ki, qonaqları salamlayan AQUPDK-nın sədri Hicran Hüseynova tədbirin əhəmiyyətindən danışmış, Azərbaycan və Macarıstan arasında mövcud əlaqələrin məhz qadınlar vasitəsilə daha da inkişaf etdirilməsinin sevindirici hal olduğunu bildirmişdir.

Qeyd olunmuşdur ki, Azərbaycan əhalisinin 50,3 faizini qadınlar təşkil edir. Gender bərabərliyinin təmin edilməsi və qadınların səlahiyyətlərinin genişləndirilməsi ölkə siyasətinin mühüm prioritetlərindəndir və bu, bütün istiqamətləri əhatə edir. Qadınlar üçün uyğun şəraitin yaradılması, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişaf etdirilməsi üçün mühüm səylər göstərilmişdir.

Komitə sədri Azərbaycan qadınlarının yalnız ənənəvi sahələrdə deyil, eyni zamanda, hərbi qüvvələr, milli təhlükəsizlik, hüquq mühafizə orqanları, neft sektoru kimi bir sıra ağır sahələrdə də fəallıq göstərdiklərini diqqətə çatdırmışdır.

Məlumat verilmişdir ki, qadınların səlahiyyətlərinin vacib məqamlardan biri onların biznes fəaliyyətinə cəlb olunmasıdır. İqtisadi inkişafda gedən radikal dəyişikliklər və yeni iqtisadi əlaqələrə keçid qadınların iqtisadi sektorda rolunun artmasına yol açır. Bu gün qadınlarımızın 70 faizi özəl sektorda, 30 faizi isə ictimai sektorda fəaliyyət göstərir. Sahibkarların 17 faizini qadınlar təşkil edir. Azərbaycan hökumətinin qadınların ictimai və siyasi sahədə inkişafına yönəldilmiş siyasəti onların siyasi həyatda təmsilçiliyinin artmasına səbəb olmuşdur. Azərbaycan qadınları rəsmi və qeyri-rəsmi orqanlarda təmsil olunmaqla vətəndaş cəmiyyətinin qorunmasında fəal iştirak edirlər.

Qadın Biznes Liderləri Forumunun təsisçisi Barbola Çako bildirmişdir ki, səfərin məqsədi Azərbaycan ilə daha yaxından tanış olmaq, gender məsələlərini öyrənmək, eyni zamanda, yerli qadın biznesmenləri ilə işgüzar əlaqələr qurmaqdır.

Təmsil etdiyi qurumun yaranmasından, strukturundan söhbət açan B.Çako demişdir ki, 10 ildən artıq fəaliyyət göstərən forumun 200-dən artıq üzvü vardır və təşkilatın nümayəndələri bir sıra ölkələrdə təmsil olunurlar.

Forumun təsisçisi qeyd etmişdir ki, əsas məqsədimiz 2020-ci ilədək macar qadınlarının inkişafı prosesinin daha da sürətləndirilməsinə, onların sosial, iqtisadi, ictimai-siyasi həyatda rolunun genişləndirilməsinə nail olmaqdır. Bunun üçün bir sıra mühüm addımlar atılmalı, qadınlarımızın liderlik mövqeyi gücləndirilməli, onların biznes sektorunda iştirakı təmin olunmalıdır.

Dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdikləri tədbirdə mövzu ilə bağlı çıxışlar dinlənilmiş, müzakirələr aparılmışdır. Qeyd olunmuşdur ki, bu görüş əməkdaşlıq üçün ilkin mərhələdir və müxtəlif sahələrdə mövcud əlaqələr gələcəkdə hər iki ölkə üçün mühüm nəticələr verəcəkdir.

 

AzərTac.az