Azərbaycan və Laos arasında qarşılıqlı investisiyaların qoyuluşu və ticarətin aktivləşdirilməsinin vacibliyi vurğulanıb

Posted by

Azərbaycan və Laos arasında qarşılıqlı investisiyaların qoyuluşu və ticarətin aktivləşdirilməsinin vacibliyi vurğulanıb

Azərbaycan və Laos arasında qarşılıqlı investisiyaların qoyuluşu və ticarətin aktivləşdirilməsinin vacibliyi vurğulanıb

Azərbaycan və Laos arasında qarşılıqlı investisiyaların qoyuluşu və ticarətin aktivləşdirilməsinin vacibliyi vurğulanıb

Azərbaycanın Laos Xalq Demokratik Respublikasındakı səfiri Anar İmanov etimadnaməsini bu ölkənin Prezidenti Çoummali Sayasona təqdim edib.

 

Trend-in Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, etimadnamənin təqdimat mərasimində A.İmanov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Laos Prezidentinə çatdırıb. Səfir ölkəmizin Laosla münasibətlərin inkişafına önəm verdiyini bildirərək, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səy göstərəcəyini nəzərə çatdırıb.

 

Ç.Sayason Prezident İlham Əliyevin salamlarına və xoş arzularına görə təşəkkür edərək, öz salamlarının və xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib. Laos Prezidenti A.İmanovu Azərbaycanın Laosdakı səfiri təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. O, Azərbaycanın Laosa ilk səfirinin təyin olunmasının ölkələrimiz arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə inandığını vurğulayıb.

 

Görüş zamanı səfir ölkələrimiz arasında əlaqələrin əsasının hələ Sovet İttifaqı illərində qoyulduğunu qeyd edərək, o dövrdə laoslu gənclərin Azərbaycan universitetlərində təhsil aldıqlarını söyləyib. A.İmanov Azərbaycanla Laos arasında əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensialın olduğunu bildirib və iki ölkə arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

 

Söhbət zamanı səfir Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasət, Azərbaycanın sosial-iqtisadi inkişafı, regionda həyata keçirilən infrastruktur layihələri, enerji sahəsində qazanılmış nailiyyətlər və qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı görülmüş işlər barədə həmsöhbətinə geniş məlumat verib.

 

Laos Prezidenti Ç.Sayason ölkələrimiz arasında dostluq əlaqələrinin əsasında qurulmuş əməkdaşlığın yeni, daha yüksək səviyyəyə çatdırılmasının vacibliyini bildirib. O, Sovet İttifaqı dövründə Azərbaycan universitetlərində təhsil almış laoslu məzunların hazırda Laosun dövlət və özəl sektorlarında müxtəlif vəzifələrdə çalışdığını qeyd edib və onların ölkələrimiz arasında əməkdaşlığın inkişafında iştirakının faydalı olacağını bildirib. Prezident iki ölkə arasında qarşılıqlı investisiyaların qoyulması imkanlarının araşdırılması, müxtəlif sahələrdə yeni texnologiyaların mübadiləsi, habelə qarşılıqlı ticarətin aktivləşdirilməsi istiqamətində zəruri işlərin görülməsinin vacibliyini vurğulayıb.

 

Trend.az