Azərbaycan və Gürcüstan sərhədinin 180 kilometri tam razılaşdırılmayıb

Posted by

Azərbaycan və Gürcüstan sərhədinin 180 kilometri hələ tam razılaşdırılmayıb. Trend xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Gürcüstan ilə sərhədi 480 km təşkil edir. Bunun 300 kilometri razılaşdırılıb: “Hesabat ilində mütəxəssislərimiz iki dəfə Gürcüstanda olublar və fikirayrılıqları olan əraziləri müəyyənləşdirmişik. Gürcüstan mütəxəssisləri də iki dəfə Azərbaycanda olublar, bir yerdə bu ərazilərə baxıblar. Komissiya bizi diplomatik kanallar vasitəsilə nə vaxt dəvət edərsə, biz Gürcüstana gedəcəyik. Mübahisəli ərazilərə Balakən ərazisində bazar adlanan yer daxildir. Vaxtilə, ötən əsrin 90-cı illərinin əvvəlində səriştəsiz rəhbərlik olan dövrdə gürcülər gəlib o ərazidə Esmedi kəndi salıblar. Bu, təxminən 15 hektar ərazini əhatə edir. Bundan əlavə, digər mübahisəli ərazilər də var”.

Trend.az