Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında əməkdaşlıq planının layihəsi razılaşdırılıb

Posted by

Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında əməkdaşlıq planının layihəsi razılaşdırılıbAzərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında əməkdaşlıq planının layihəsi razılaşdırılıb

Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında əməkdaşlıq planının layihəsi razılaşdırılıb

Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında 2015-ci il üçün ikitərəfli əməkdaşlıq planının layihəsi razılaşdırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Bakıda Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında arasında ikitərəfli hərbi məsləhətləşmələr keçirilib.

Danışıqlara Azərbaycan tərəfdən Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov, Gürcüstan tərəfdən isə Müdafiə Nazirliyinin Beynəlxalq Əlaqələr və Avro-Atlantik İnteqrasiya Departamenti İkitərəfli Əməkdaşlıq İdarəsinin rəisi İosif Cikia rəhbərlik ediblər.

Görüşdə iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi-təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub, regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

Müzakirələrin yekunu olaraq “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Gürcüstanın Müdafiə Nazirliyi arasında 2015-ci il üçün ikitərəfli əməkdaşlıq Planı”nın layihəsi razılaşdırılıb.

 

Trend.az