Azərbaycan və Ermənistanın xarici işlər nazirləri gələn həftə görüşəcəklər
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan gələn həftə Fransanın paytaxtı Parisdə görüşəcəklər. Bu barədə Trend-ə diplomatik mənbədən bildirilib.
Görüşdə xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi üzrə danışıqları davam etdirəcəklər.
Nazirlərin görüşündə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcəklər.