Azərbaycan və Ermənistan xarici işlər nazirləri aprelin əvvəlində Moskvada görüşəcəklər

Posted by

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan aprelin əvvəlində Moskvada görüşəcəklər.

APA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatında deyilir.

Fransa, Rusiya və ABŞ-dan olan həmsədrlər Jak For, İqor Popov və Ceyms Uorlik, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşik martın 24-25-də Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın prezidenti Serj Sarkisyanla ayrı ayrılıqda görüş keçiriblər.

Həmsədrlər sərhəddə və təmas xəttində zorakılıq hallarından yayınmağa ehtiyac olduğunu bildirib və tərəfləri regionda gərginliyi artıra biləcək təhrikedici ritorikadan uzaq olmağa çağırıblar.

Xarici işlər nazirləri prezidentlərin yaxın gələcəkdə görüşlərini hazırlamaq məqsədilə aprelin əvvəlində Moskvada görüşməyə razılıq veriblər.

Apa.az