Azərbaycan-Türkiyə əlaqələrinin inkişafının əhəmiyyəti qeyd edilib

Posted by

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafının əhəmiyyəti qeyd edilibAzərbaycan-Türkiyə əlaqələrinin inkişafının əhəmiyyəti qeyd edilib

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafının əhəmiyyəti qeyd edilib

Azərbaycanın Qars şəhərindəki baş konsulu Ayxan Süleymanlı Türkiyənin Qars vilayətinə yeni təyin olunmuş baş prokuror Ramazan Akın ilə görüşüb.

Prokurorluqda keçirilən görüşdə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli inkişaf barədə məlumat verən baş konsul Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Әrzurum qaz kəmərlərinin, eləcə də Bakı-Tbilisi-Qars dәmir yolunun iqtisadi əhəmiyyətindən danışıb.

R.Akın Azərbaycan dövləti tərəfindən Qars şəhərində inşa olunan, ümummilli lider Heydər Əliyevin adını daşıyan sənaye peşə təmayüllü liseyə baş çəkdiyini, onun fəaliyyəti ilə yaxından maraqlandığını bildirib. Baş prokuror Azərbaycana səfər etmək arzusunda olduğunu diqqətə çatdırıb.

Söhbət zamanı ölkələrimiz arasında daim inkişaf edən əlaqələrin əhəmiyyətindən bəhs olunub. Qarsda ulu öndər Heydər Əliyevin adını daşıyan liseyin təməlqoyma mərasimində çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğanın gələcəkdə Türkiyədə tikiləcək bütün sənaye peşə təmayüllü liseylərin məhz bu üslubda inşa olunması ilə bağlı tövsiyəsi xatırlanıb.

R.Akına türk dilində nəşr olunmuş, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Böyük insanların həyatı” adlı kitablar, Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı jurnallar, Bakı şəhərinin mənzərələrini əks etdirən tablo hədiyyə edilib.

 

AzərTac.az