Azərbaycan təmsilçiləri Londonda beynəlxalq sammit çərçivəsində təşkil edilmiş “dəyirmi masa”larda yaxından iştirak etmişlər

Posted by

Azərbaycan təmsilçiləri Londonda beynəlxalq sammit çərçivəsində təşkil edilmiş “dəyirmi masa”larda yaxından iştirak etmişlər

Azərbaycan təmsilçiləri Londonda beynəlxalq sammit çərçivəsində təşkil edilmiş “dəyirmi masa”larda yaxından iştirak etmişlər

Azərbaycan təmsilçiləri Londonda beynəlxalq sammit çərçivəsində təşkil edilmiş “dəyirmi masa”larda yaxından iştirak etmişlər

Azərbaycan Londonda keçirilən “Cinsi zorakılığa son” mövzusunda beynəlxalq sammit çərçivəsində təşkil olunmuş “Nazirlər günü” sessiyasının “dəyirmi masa” müzakirələrində təmsil olunmuşdur.

 

Sessiyanın “Cinsi zorakılığın gizlədilmiş qurbanları” və “Qadınların iştirakı ilə irəliləyiş əldə edilməsi” mövzularına həsr edilmiş “dəyirmi masa”larında ölkəmizi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova təmsil etmişdir.

Müzakirələrə qatılan H.Hüseynova tədbirin təşkilatçılarına, o cümlədən həmsədrlər, Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq və BMT-nin qaçqınlar üzrə ali komissarının xüsusi elçisi Ancelina Coliyə beynəlxalq səviyyədə aktual olan mövzunu diqqət mərkəzində saxladıqalarına görə onlara minnətdarlığını bildirmişdir.

O, xüsusilə beynəlxalq münaqişələr zamanı zorakılıqdan əziyyət çəkən qadın və azyaşlı uşaqların toxunulmazlığı naminə ciddi tədbirlər görülməsinin vacibliyini vurğulamışdır. Azərbaycanın erməni işğalından əziyyət çəkən, bir milyondan artıq qaçqın və məcburi köçkünü olan bir ölkə olaraq hər zaman münaqişə və cinsi zorakılıqlara son qoyulması naminə görülən beynəlxalq səviyyəli işləri dəstəklədiyini diqqətə çatdırmışdır.

Bildirilmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yalnız bir şəhərdə-Xocalıda aralarında 63 azyaşlı, 106 qadın və 70 qoca olmaqla 613 nəfər vəhşicəsinə qətlə yetirilmişdir. 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür. 76-sı uşaq olmaqla 487 nəfərə işgəncə verilmişdir. Ağlasığmaz işgəncələrlə hamilə qadınlar qətlə yetirilmiş, qoca və uşaqlar şikəst edilmişdir. Bu faktlara və münaqişə ilə bağlı Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, münaqişə hələ də davam edir. BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı, ATƏT, Avropa Şurası kimi beynəlxalq təşkilatların dünyada zorakılıq, şiddət, dinc əhalinin qətlə yetirilməsi, beynəlxalq hüququn norma və prinsiplərinin pozulması hallarını təkzib etməsinə baxmayaraq Azərbaycan xalqına edilən ədalətsizliyə qarşı bu günədək ciddi tədbirlər görülməmişdir.

Münaqişələrdə zorakılığın xüsusilə azyaşlı uşaqların psixologiyasına ciddi təsirindən söz açan H.Hüseynova, onların cəmiyyətə inteqrasiyasının getdikcə çətinləşdiyini vurğulamışdır.

Sonda Hicran Hüseynova beynəlxalq ictimaiyyəti mövzu ilə bağlı ciddi tədbirlər görməyə cağırmışdır. İnsan hüquqlarının müdafiəsi, münaqişələr zamanı dinc əhalinin qorunması ilə ciddi şəkildə məşğul olan beynəlxalq qrupun yaradılmasının əhəmiyyətini diqqətə çatdırmışdır. Beynəlxlaq və regional hesabatlılığın vacibliyinə diqqəti cəlb edən komitə sədri, cazasız qalan ədalətsizliklərin daha da artabiləcəyini qeyd etmişdir. Bu sahədə qlobal fəaliyyətlərin nəticə verəcəyinə ümidvar olduğunu vurğulamışdır.

 

AzərTac.az