Azərbaycan-Rusiya parlamentlərarası komissiyasında önəmli məsələlər müzakirə edildi

Posted by

Azərbaycan-Rusiya parlamentlərarası komissiyasında önəmli məsələlər müzakirə edildi

Azərbaycan-Rusiya parlamentlərarası komissiyasında önəmli məsələlər müzakirə edildi

 

 

Azərbaycan-Rusiya parlamentlərarası komissiyasında önəmli məsələlər müzakirə edildi

Azərbaycan-Rusiya parlamentlərarası komissiyasının Bakıda keçirilmiş 12-ci iclasında humanitar, mədəni, iqtisadi mövzular, ikitərəfli əməkdaşlığın qanunvericilik səviyyəsində dəstəklənməsi məsələləri müzakirə olunub.

 

Komissiyanın iclasının nəticələrinə həsr olunan mətbuat konfransında bu barədə Rusiya Federal Məclisinin Federasiya Şurasının sədr müavini, parlamentlərarası komissiyanın həmsədri İlyas Umaxanov məlumat verib.

 

İclasda keçirilən müzakirələrin səmərəli olduğunu bildirən həmsədr deyib: “İkitərəfli münasibətlər elə səviyyəyə yüksəlib ki, artıq açıq, qarşılıqlı etimad mühitində ən həssas məsələləri müzakirə edirik. Belə mövzulara vətəndaşlıq, əmək miqrasiyası, logistik mərkəzlərin yaradılması, sərhədi daha asan keçid qaydaları və digər məsələlər aiddir. Bu iclasın nəticələri ilə bağlı deyə bilərəm ki, yeni ildə qarşılıqlı qanunvericilik bazasının daha da inkişaf etdirilməsi istiqamətində yaxşı perspektivlər var”.

 

Milli Məclisin sədr müavini, komissiyanın həmsədri Valeh Ələsgərov iclasda Azərbaycan ilə Rusiya, hər iki ölkə parlamentləri arasında münasibətlərin bütün sahələrinə aid önəmli məsələlərin müzakirə edildiyini bildirib. O deyib: “Əlbəttə, burada həll olunmuş məsələlər, həllini gözləyən və perspektiv məsələlər də oldu. Önəmlisi isə odur ki, müzakirələr bərabərhüquqlu tərəflərin müzakirələri idi. Məsələlərin hər iki tərəfin maraqlarına uyğun, hər iki tərəf üçün səmərəli şəkildə həlli yolları axtarıldı. Əminəm ki, müzakirə edilən məsələlər həllini tapacaq”. V.Ələsgərov Azərbaycan tələbələrinin Rusiyanın ali təhsil məktəblərində oxuması məsələsinin də müzakirə olunduğunu əlavə edib.

 

İclasda, həmçinin Böyük Vətən müharibəsində qələbənin 70 illiyi münasibətilə müştərək tədbirlər planının hazırlandığı diqqətə çatdırılıb. Bildirilib ki, komissiyanın növbəti iclası gələn ilin yazında Rusiya regionlarından birində keçiriləcək. Konkret şəhərin hələ ki müəyyən edilməməsi namizəd regionların çox olması ilə əlaqələndirilib. Tərəflərin razılığına görə, bu məsələ gələn ilin əvvəllərində dəqiqləşdiriləcək.

 

AzərTac.az