Azərbaycan Respublikasının qaçqın və məcburi köçkünlərinin hüquqlarının BMT və Avropa İttifaqı çərçivəsində müdafiəsi ilə bağlı yekun iclası

Posted by

Azərbaycan Respublikasının qaçqın və məcburi köçkünlərinin hüquqlarının BMT və Avropa İttifaqı çərçivəsində müdafiəsi ilə bağlı yekun iclası

Azərbaycan Respublikasının qaçqın və məcburi köçkünlərinin hüquqlarının

BMT və Avropa İttifaqı çərçivəsində müdafiəsi ilə bağlı yekun iclası

 

Azərbaycan Respublikasının qaçqın və məcburi köçkünlərinin hüquqlarının BMT və Avropa İttifaqı çərçivəsində müdafiəsi ilə bağlı yekun iclası

“Xəzər – Gələcək naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” ictimai birliyi “Azərbaycan Respublikasının qaçqın və məcburi köçkünlərinin hüquqlarının BMT və Avropa İttifaqı çərçivəsində müdafiəsi” adlı layihəsi ilə Azərbaycan Res¬publikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2016-cı ildə keçirilən 2-ci qrant müsabiqəsinin qalibi olmuşdur.

Bu layihənin çərçivəsində “Azərbay¬can¬lı qaçqın və məcburi köçkünlərin prob¬lem¬ləri bey-nəlxalq təşkilatlar müstə¬vi¬sin¬də” adlı kitab nəşr olunmuşdur. Kitab müasir beynəlxalq hüquqda və müstəqil Azərbaycan Respublikasının hüququnda qaçqınların və məcburi köçkünlərin hüquqları ins¬ti-tutunun formalaşması və inkişafı, bu sahədə normativ bazanın inkişaf etdirilməsi və təkmil¬ləş¬di¬ril-məsinin araşdırılmasına həsr edilmişdir. Ölkəmizdə qaçqınların və məcburi köçkünlərin problemləri ətraflı şəkildə təhlil edilmişdir. Kitabın müəllifləri Rüstəm Məm¬mə¬dov, Sima Süleymanlı və Xətai Abbasovdur.

Burada qaçqınların və məcburi köçkünlərin hüquqi vəziyyətinin struktur elementləri arasında münasibətləri, bütövlükdə onların hüquqi statusunu tənzimləyən normativ-hüquqi aktların yeni mas-sivinin yaradılması məsələsi xüsusi yer tutur.

Kitabda beynəlxalq təcrübədə və Azərbaycan Respublikasında qaçqınların və məcburi köç-künlərin hüquqi statusunun hüquqi tənzimlənməsinin ən mühüm aspektləri nəzərdən keçirilir. Bu¬rada məcburi miqrantların hüquqi statusunun təsbiti və realizəsi ilə bağlı həm ümumnəzəri mə¬sə¬lələr, həm də dövlət hakimiyyəti orqanlarının əməli addımları araşdırılır. Əsərdə tədqiqat predmetini qaç¬qınların və məcburi köçkünlərin problemlərinin həllində ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasınn Prezidenti İlham Əliyevin rolu göstərilmişdir.

18 noyabr 2016-cı il tarixində AMEA insan hüquqları üzrə elmi-tədqiqat institutunda “Xəzər – Gələcək naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” ictimai birliyinin “Azərbaycan Respublikasının qaçqın və məcburi köçkünlərinin hüquqlarının BMT və Avropa İttifaqı çərçivəsində müdafiəsi” adlı layihəsinin son iclası keçirilmişdir. Tədbir zamanı layihə çərçivəsində nəşr olunan “Azərbay¬can¬lı qaçqın və məcburi köçkünlərin prob¬lem¬ləri beynəlxalq təşkilatlar müstə¬vi-sin¬də” adlı kitab haqqında məlumat verilmişdir. Tədbirdə AMEA insan hüquqları üzrə elmi-tədqiqat institutunun direktoru Aytən Mustafayeva, AMEA insan hüquqları üzrə elmi-tədqiqat institutunun əməkdaşları, bir sıra ictimai birliklərin sədrləri, Bakı Dövlət Universitetinin müəllimləri və kafedra müdirləri, tələbələr, qaçqınlar, məcburi köçkünlər və s. iştirak et¬miş¬dilər.

Tədbirin iştirakçılarına kitab paylanaraq Azərbaycan Respub¬lika¬sının qaçqınlarının və məc¬bu¬ri köçkünlərinin problemi Respublika daxilində və beynəlxalq aləmdə məsələsi müzakirə olunmuşdur.

Tədbir iştirakçıları “Xəzər – Gələcək naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” ictimai birliyinin “Azərbaycan Respublikasının qaçqın və məcburi köçkünlərinin hüquqlarının BMT və Avropa İttifaqı çərçivəsində müdafiəsi” adlı layihəsi çərçivəsində çap olunmuş kitabı bəyənmiş və onun qaçqınların və məcburi köçkünlərin öz hüquqlarının müdafiəsində xüsusi bir əhəmiyyətini olduğunu qeyd etmişdilər.