Azərbaycan Respublikası Baş nazirinin rəhbərliyi ilə Müdafiə Nazirliyində müşavirə keçirilib

Posted by

Azərbaycan Respublikası Baş nazirinin rəhbərliyi ilə Müdafiə Nazirliyində müşavirə keçirilibAzərbaycan Respublikası Baş nazirinin rəhbərliyi ilə Müdafiə Nazirliyində müşavirə keçirilib

Azərbaycan Respublikası Baş nazirinin rəhbərliyi ilə Müdafiə Nazirliyində müşavirə keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ordu quruculuğunun inkişaf etdirilməsi sahəsində verilən tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar oktyabrın 10-da Baş nazir Artur Rasizadənin rəhbərliyi ilə Müdafiə Nazirliyində müşavirə keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, müşavirədə Baş nazirin müavini Abid Şərifov, müdafiə naziri, general-polkovnik Zakir Həsənov, müdafiə sənayesi naziri Yavər Camalov, maliyyə naziri Samir Şərifov, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, müdafiə nazirinin müavinləri və digər vəzifəli şəxslər iştirak ediblər.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, müşavirədə Silahlı Qüvvələrin sərəncamında olan döyüş texnikasının, silah və sursatların modernləşdirilməsi, o cümlədən yeni texnologiyalı avadanlıqla təmin edilməsi imkanları, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması və digər məsələlər müzakirə olunub.

 

AzərTac.az