Azərbaycan Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurası Qubada sessiya keçirib

Posted by

Azərbaycan Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurası Qubada sessiya keçiribAzərbaycan Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurası Qubada sessiya keçirib

Azərbaycan Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurası Qubada sessiya keçirib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə 22 noyabr 2014-cü ildə Quba şəhərində əmək müqavilələrinin tərtib olunma qaydalarına həsr edilən məlumatlandırma sessiyası keçirilib.

 

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, toplantıda Şuranın aparıcı məsləhətçisi Şahin Məhərrəmov, MQF Quba Regional Mərkəzinin rəhbəri Eynula Xeyrullayev, QHT sədrləri və mühasibləri, DSMF-nin Quba rayon şöbəsinin əməkdaşı Elçin Nuriyev, Dövlət Əmək Müfəttişliyinin hüquqşünası Tengiz Nəzərov, ümumilikdə 40-a qədər şəxs iştirak edib.

 

Sessiyada QHT təmsilçilərinə əmək müqaviləsi bildirişlərinin elektron informasiya sistemində (EİS) yerləşdirilməsi qaydaları, əmək müqaviləsinin tərtib olunması problemləri, mülki müqavilələr, könüllü fəaliyyət üçün müqavilələr və bu sahə ilə bağlı digər zəruri məsələlər haqqında ətraflı məlumatlar verilib. Toplantının sonunda ekspertlər iştirakçıları maraqlandıran sualları cavablandırıb.

 

Trend.az