Azərbaycan prezidenti “Yanğın təhlükəsizliyi haqqında” qanuna dəyişikliklər barədə sərəncam imzalayıb

Posted by

Azərbaycan prezidenti “Yanğın təhlükəsizliyi haqqında” qanuna dəyişikliklər barədə sərəncam imzalayıbAzərbaycan prezidenti “Yanğın təhlükəsizliyi haqqında” qanuna dəyişikliklər barədə sərəncam imzalayıb

Azərbaycan prezidenti “Yanğın təhlükəsizliyi haqqında” qanuna dəyişikliklər barədə sərəncam imzalayıb

Azərbaycan prezidenti İlham Əliyev “Yanğın təhlükəsizliyi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanunun tətbiqinə dair sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, sərəncama əsasən, Nazirlər Kabinetinə qanunların və prezidentin aktlarının “Yanğın təhlükəsizliyi haqqında” qanunda dəyişikliklər edilməsi qanuna uyğunlaşdırılması ilə bağlı təklifləri 3 ay müddətində hazırlayıb prezidentə təqdim etmək, habelə Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin edib prezidentə məlumat vermək tapşırılıb.

 

Nazirlər Kabineti həmçinin mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalıdır və bunun icrası barədə 5 ay müddətində dövlət başçısına məlumat verməlidir.

 

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Yanğın təhlükəsizliyi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

 

Apa.az