Azərbaycan prezidenti hərbi xidmətə çağırış və ehtiyata buraxılma haqqında sərəncam imzalayıb

Posted by

Azərbaycan prezidenti hərbi xidmətə çağırış və ehtiyata buraxılma haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti hərbi xidmətə çağırış və ehtiyata buraxılma haqqında sərəncam imzalayıbAzərbaycan prezidenti hərbi xidmətə çağırış və ehtiyata buraxılma haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev vətəndaşların 2013-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, 1995-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1978-1994-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2013-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə 2013-cü il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılırlar.