Azərbaycan prezidenti Davosda “Philips” şirkətinin vitse-prezidenti ilə görüşüb

Posted by

Azərbaycan prezidenti Davosda “Philips” şirkətinin vitse-prezidenti ilə görüşüb

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 23-də Davosda “Philips” şirkətinin vitse-prezidenti və satış üzrə rəhbəri Ronald de Jong ilə görüşüb.

 

“APA-Economics”in məlumatına görə, görüşdə Azərbaycanda həyata keçirilən islahatlar, qazanılmış uğurlar nəticəsində investorların səmərəli fəaliyyəti üçün yaxşı şəraitin yaradıldığı qeyd edilib, “Philips” şirkəti ilə mümkün əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

 

Apa.az