Azərbaycan parlamentinin deputatları Moskvada “Avropada inam tənəzzülünün qarşısının alınması yolları” adlı müzakirələrə qatılacaqlar

Posted by

Azərbaycan parlamentinin deputatları Moskvada “Avropada inam tənəzzülünün qarşısının alınması yolları” adlı müzakirələrə qatılacaqlarAzərbaycan parlamentinin deputatları Moskvada “Avropada inam tənəzzülünün qarşısının alınması yolları” adlı müzakirələrə qatılacaqlar

Azərbaycan parlamentinin deputatları Moskvada “Avropada inam tənəzzülünün qarşısının alınması yolları” adlı müzakirələrə qatılacaqlar

Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və deputat Sabir Hacıyev “Avropada inam tənəzzülünün qarşısının alınması yolları” mövzusunda dəyirmi masada iştirak etmək üçün noyabrın 25-26-da Rusiya Federasiyasında səfərdə olacaqlar.

 

Parlamentdən APA-ya verilən məlumata görə, Moskvada Rusiya Dumasının sədri Sergey Narışkinin sədrliyi ilə keçirilən toplantıda mövzu ətrafında diskussiyalar aparılacaq, məruzələr dinləniləcək.

 

Bundan başqa, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Asim Mollazadə və Rasim Musabəyov Azərbaycan-Türkiyə-Gürcüstan parlamentləri xarici əlaqələr komitələrinin görüşündə iştirak etmək üçün noyabrın 26-dan 29-dək Gürcüstanın paytaxtı Tbilisidə səfərdə olacaqlar.

 

Toplantıda deputatlar Azərbaycan parlamentinin müvafiq komitəsində görülən işlər, yeni qanun layihələri, qəbul edilən sənədlər barədə danışacaq, bu sahədə əldə olunan nailiyyət və yeniliklər barədə tədbir iştirakçılarına məlumat verəcəklər.

 

Apa.az