Azərbaycan nümayəndə heyəti Özbəkistanda səfərdədir

Posted by

Azərbaycan nümayəndə heyəti Özbəkistanda səfərdədir

http://www.azertag.gov.az/sites/default/files/imagecache/middle_news/galleryimg/1393311780.JPG

Azərbaycan nümayəndə heyəti Özbəkistanda səfərdədir

Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş mərasimdə və “Əmir Teymurun dünya tarixindəki yeri və mövqeyi“ mövzusunda elmi konfransda iştirak etmək üçün Daşkənddə səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov və yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevlə görüşmüşlər.

Səfir Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində görülən işlər haqqında məlumat vermişdir. Bildirilmişdir ki, son illərdə hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri əlaqələrimizin inkişafına təkan vermişdir.

Nizami Cəfərov bildirmişdir ki, ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni-humanitar və digər sahələrdə əlaqələrin inkişafı hər iki tərəfin maraqlarına uyğundur və bu sahədə işlər davam edir. Yunus Oğuz demişdir ki, keçən il müəllifi olduğu “Əmir Teymur“ romanı Daşkənddə özbək dilində çap edilmiş və ədəbi aləmdə böyük maraq doğurmuşdur. İndi həmin əsər rus dilində çapa hazırlanır.

 

AzərTac.az