Azərbaycan nümayəndə heyəti Avronest PA-dakı fəliyyətini dayandırır

Posted by

Azərbaycan nümayəndə heyəti Avronest PA-dakı fəliyyətini dayandırır

Azərbaycan nümayəndə heyəti Avronest PA-dakı fəliyyətini dayandırırAzərbaycan nümayəndə heyəti Avronest PA-dakı fəliyyətini dayandırır

Avronest PA-nın vitse-prezidenti, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin prezidenti Martin Şultsa, ATƏT sədri Leonid Kojaraya, Avropa Şurasının prezidenti Jan Klod Minyona, ATƏT PA prezidenti Ranko Krivokapiçə, AvroNest PA həmprezidentləri Y. Kirilova, B. Tarasyuka, Prezidentlər Konfransının üzvlərinə və Avropa Parlamentinin bütün üzvlərinə müraciət ünvanlayıb.
Elxan Süleymanovun Trend-ə daxil olan müraciətində qeyd olunur ki, hələ bu il iyul ayının əvvəllərində Azərbaycan seçkilərin müşahidə ediləcəyi ölkələrin siyahısına salınmadıqda biz hesab edirdik ki, ölkədə ciddi problemlərin olmamasını nəzərə alaraq Avropa Parlamenti Azərbaycanda keçiriləcək Prezident seçkilərinə müşahidə missiyası göndərməmək qərarına gəlmişdir. O zaman hətta mən Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi sizin bu addımınızı Azərbaycanda problemlərin olmaması kimi qiymətləndirmişdim. Çünki adətən beynəlxalq təşkilatlar seçkilərdə müşahidə missiyalarını problemlərin çox olduğu ölkələrə göndərirlər. Bu gün isə sübut olunur ki, Avropa Parlamentinin hələ iyul ayının əvvəllərində Azərbaycandakı seçkilərə müşahidə missiyası göndərməmək qərarı onun Azərbaycanda gizli təxribat və iğtişaş yaratmaq planlarından irəli gəlmişdir.
Azərbaycanı seçkilərin müşahidə ediləcəyi ölkələr siyahısına salmamaqla Avropa Parlamenti siyasi təxribata başlamış və regionda açıq-aşkar işğalçı dövlət olan Ermənistana, eləcə də Gürcüstana seçkiləri müşahidə missiyası göndərməklə Azərbaycanın beynəlxalq aləmdə siyasi nüfuzunu zədələməyə cəhd göstərmişdir. Nədənsə sonradan sentyabr ayının əvvəllərində Avropa Parlamenti fikrini dəyişmiş və Azərbaycana seçkiləri müşahidə missiyası göndərməyə qərar vermişdir. Bundan sonra Yaşıllar Partiyası istisna olmaqla Avropa Parlamentində fəaliyyət göstərən bütün qruplar və siyasi fraksiyaların təmsil olunduğu müşahidə missiyası formalaşmışdır”.
E.Süleymanov bildirib: “Görünür, formalaşan müşahidə missiyasının nüfuzunu görən Avropa Parlamenti Azərbaycana qarşı olan mənfur, gizli təxribat planını müşahidə missiyası üzvlərinə deməkdən çəkinmiş və seçkilərin nəticələrini gözləmişdir. Seçkilərin nəticələri hamıya bəllidir və mən Azərbaycandakı Prezident seçkilərini müşahidə edən Avropa Parlamentinin rəsmi müşahidə missiyasının seçkiləri qiymətləndirmə bəyanatından sitat gətirirəm: “Biz Azərbaycana dərs verməyə gəlməmişik, demokratiyanın prinsiplərini və seçkiləri müşahidə etməyə gəlmişik. Seçkilər azad, şəffaf, ədalətli və demoktariyaya doğru irəliləyişlə, ATƏT və Avropa Şurasının standartlarına uyğun keçirilmişdir”.
Görünür ki, müşahidə missiyasının bu müsbət qiymətləndirmələrini görən Azadlıq və Vəhdət evinin rəhbərliyi bərk qəzəblənmiş və Avropa Parlamentinin qətnamə layihəsinə 32-ci bənd olaraq əlavə qəbul edərək seçkilərin ATƏT standartlarına uyğun olmaması və ATƏT-in tələblərinin yerinə yetirilməməsi iddialarını həmin bəndə daxil etmişdir. Görünür, Avropa Parlamentinin rəhbərliyi və Parlament üzvləri 10 oktyabrda ATƏT Sədri Leonid Kojaranın AP, AŞPA və ATƏT PA-nın, eləcə də digər beynəlxalq müşahidə missiyalarının müsbət qiymətləndirməsini unutmuşdur və bəlkə də elə bunlardan da qəzəblənmişdir. Ancaq Avropa Parlamenti nəzərə almalıdır ki, DTİHB ATƏT-in çoxsaylı qurumlarından yalnız biridir. Seçkiləri izləyən 4 beynəlxalq qurumdan üçünün – Avropa Parlamenti, AŞPA və ATƏT Parlament Assambleyasının müsbət qiymətləndirmə vermələrinə baxmayaraq AP-nin kiçik ranqlı məmurlardan təşkil olunmuş ATƏT DTİHB müşahidə missiyasının qərəzli qətnaməsinə təkidlə əsaslanması Avropa Parlamenti deputatlarından formalaşmış İnsan Haqqları evinə, AP, AŞPA və ATƏT PA-na vurulmuş ağır zərbə, inamsızlıq və etibarsızlıqdır”.
BMüraciətdə daha sonra deyilir:” ATƏT/DTHİB-nin qərəzli, faktlara söykənməyən bu məruzəsinin bir məqsədi vardır – özlərindən yüksək ranqlı məmurların göstərişlərini yerinə yetirmək və güc dövlətlərinin Azərbaycanda maraqlarını təmin etməyə xidmət etmək, Azərbaycanın beynəlxalq aləmdə mənfi imicini formalaşdırmaq, böhtan və iftiralarla Azərbaycanı 20 ildən artıq bir müddət ərzində işğal olunmuş torpaqlarından imtina etməyə vadar etmək. Lakin bu güclər bir məlum həqiqəti dərk etməlidirlər ki, Azərbaycan dövləti heç bir təzyiq və hədələrə məhəl qoymadan öz müstəqil siyasətini yürütməkdə davam edəcək və hazırda olduğu kimi regionun aparıcı dövləti olaraq liderlik rolunu qoruyub saxlayacaqdır.
Bu gün Avropa Parlamenti və digər beynəlxalq qurumlar Azərbaycanın təkidli tələblərindən sonra 23 ildən artıq dövr ərzində işğal olunmuş torpaqlarımız haqqında icra olunmayan və Ermənistana qarşı heç bir sanksiya tətbiq etməyən qətnamələrlə beynəlxalq ictimaiyyəti və Azərbaycan xalqını aldadır. Avropa Parlamentinin prezidenti Martin Şults mənə yazdığı cavab məktubunda deyir: “Bu mürəkkəb məsələni Azərbaycan və Ermənistanın özü həll etməlidir”. Bu, absurddur.
Avropa Parlamentinin seçki müşahidə missiyasının qiymətləndirməsinə məhəl qoymadan ATƏT/DTİHB-ya istinad edilməsinə təkidli çağırışı Azərbaycana qarşı təxribat və iğtişaş planlarının bir hissəsidir. Görünür ki, onlar seçkilərin müsbət qiymətləndirilməsindən sonra təxribat planlarının baş tutmamasından və Azərbaycanı Liviya və Suriyaya çevirə bilmədiklərindən çox məyus olmuşlar. Belə bir ədalətsizliyi müstəqil ölkəyə tətbiq etmək öz müşahidə missiyasının rəyini nəzərə almadan sifarişli və qərəzli qurum olan ATƏT/DTİHB-ya söykənərək böhtanlar atmaq sizlərin “sovet diktaturası” adlandırdığınız rejimdə belə olmamışdır. Bizdə belə bir xalq məsəli var: “Özünə nüfuz etməyən, başqasına nüfuz edə bilməz””.
Müraciətin sonunda deyilir ki, bütün yuxarıda deyilənləri nəzərə alaraq Azərbaycan nümayəndə heyəti Avropa Parlamentinin öz müşahidə missiyasının nüfuzuna ciddi zərbə vuran, təxribat və iğtişaşlara sövq edən 23 oktyabr 2013-cü il tarixli qətnaməsinin 32-ci bəndini qətiyyətlə rədd edir və araşdırmalar aparılıb müvafiq tədbirlər görülməyənə qədər bu qurumun yaratdığı Avronest PA-da fəaliyyətini dayandırmaq məcburiyyətində qalır.