Azərbaycan-Monteneqro əlaqələrinin genişləndirilməsi üçün yaxşı imkanlar var

Posted by

Azərbaycan-Monteneqro əlaqələrinin genişləndirilməsi üçün yaxşı imkanlar var

Azərbaycan-Monteneqro əlaqələrinin genişləndirilməsi üçün yaxşı imkanlar var

Azərbaycan-Monteneqro əlaqələrinin genişləndirilməsi üçün yaxşı imkanlar var

Azərbaycanın Monteneqrodakı səfiri Eldar Həsənovun Podqoritsa şəhərinin meri Slavoljub Stijepoviç ilə görüşündə əlaqələrimizin hazırkı vəziyyəti, inkişaf perspektivləri və müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

 

Görüşdə qısa zamanda ölkələrimiz arasında yüksək səviyyəli ikitərəfli əlaqələrin qurulmasından məmnunluq ifadə olunub. Xüsusilə iqtisadiyyat, mədəniyyət, turizm sahələrində uğurlu əməkdaşlığın mövcudluğu diqqətə çatdırılıb. Bildirilib ki, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı imkan var.

 

Azərbaycan ilə Monteneqro arasında bir çox istiqamətlərdə, xüsusilə təhsil sahəsində əməkdaşlığa verdiyi töhfəyə görə bu ölkənin sabiq təhsil naziri, hazırda isə Podqoritsa şəhərinin merinə minnətdarlığını bildirən səfir əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

 

Azərbaycan hökuməti tərəfindən Podqoritsadakı “Kral parkı”nın bərpasına göstərilən yardımı yüksək qiymətləndirən mer bu töhfəni və parkda Azərbaycanın tanınmış şairi və dramaturqu Hüseyn Cavidin büstünün qoyulmasını xalqlarımız arasında dostluq əlaqələrinin rəmzi kimi dəyərləndirib. Bildirib ki, bu yardım əməkdaşlığımızın genişləndirilməsi üçün zəmin yaratdı.

 

Qlobal maliyyə böhranı vaxtlarında Azərbaycan-Monteneqro strateji tərəfdaşlığının əhəmiyyətini vurğulayan S.Stijepoviç diqqətə çatdırıb ki, münasibətlərimiz irimiqyaslı birgə layihələrin həyata keçirilməsi ilə daha da dərinləşəcək.

 

AzərTac.az