Azərbaycan mənzil fondunun idarə olunmasında Almaniya təcrübəsindən yararlanır

Posted by

Azərbaycanda mənzil-kommunal təsərrüfatlarının inkişafı istiqamətində mühüm işlər görülüb. Qanunvericilik təkmilləşdirilib, beynəlxalq tələblərə cavab verən mənzil məcəlləsi qəbul olunub. Bu barədə iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova jurnalistlərə müsahibəsində məlumat verib. AzərTAc xəbər verir ki, nazir müavini mənzil fondunun idarə olunmasında Almaniya təcrübəsinin öyrənildiyini, artıq Binəqədi Rayon İcra Hakimiyyəti ilə ilk pilot layihənin həyata keçirildiyini bildirib, mənzillərin sığortalanmasının, sığorta haqlarının əhaliyə vaxtında ödənilməsinin vacibliyini vurğulayıb. S.Həsənova bu gün Azərbaycanda əhalinin elektrik enerjisi ilə təchizatında problem yaşanmadığını, su və kanalizasiya xidmətləri ilə bağlı böyük layihələr həyata keçirildiyini, qaz təminatının yaxşılaşdığını vurğulayıb.

AzərTac.az