Azərbaycan MN: Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi 56 dəfə pozulub

Posted by

Azərbaycan MN: Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi 56 dəfə pozulubAzərbaycan MN: Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi 56 dəfə pozulub

Azərbaycan MN: Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi 56 dəfə pozulub

Müdafiə Nazirliyi (MN) bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 56 dəfə pozulub.

 

Erməni silahlı bölmələri Ermənistan Respublikasının Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutub.

 

Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Sarcalı, Kəngərli, Şıxlar, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Göygöl, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

 

APA-nın MN-in saytına istinadən verdiyi məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

 

Apa.az