Azərbaycan MN: Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi 39 dəfə pozulub

Posted by

Azərbaycan MN: Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi 39 dəfə pozulubAzərbaycan MN: Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi 39 dəfə pozulub

Azərbaycan MN: Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi 39 dəfə pozulub

Azərbaycan Müdafiə Nazirliyi (MN) bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 39 dəfə pozulub.

 

Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Koxanəbi kəndlərində, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimizi atəşə tutub.

 

Tərtər rayonunun Çaylı, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

 

APA-nın MN-in saytına istinadən verdiyi məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

 

Apa.az