Azərbaycan məktəblərində “Son zəng”in vaxtı dəyişdirilib

Posted by

Azərbaycan məktəblərində “Son zəng”in vaxtı dəyişdirilib

Azərbaycan məktəblərində “Son zəng”in vaxtı dəyişdirilib

Azərbaycan məktəblərində “Son zəng”in vaxtı dəyişdirilib

Bu il Azərbaycan məktəblərində “Son zəng” tədbirinin keçiriləcəyi vaxt dəyişdirilib.

 

Təhsil NAzirliyindən APA-nın sorğusuna verilən cavabda bildirilib ki, bu il mayın 31-i şənbə gününə düşdüyündən “Son zəng” tədbirlərinin vaxtında dəyişiklik edilib.

 

Belə ki, Azərbaycanda tədris həftəsi 5 günlük olan orta məktəblərdə “Son zəng” mayın 30-da, tədris həftəsi 6 günlük olan orta məktəblərdə isə mayın 31-də çalınacaq.

 

Təhsil Nazirliyi orta məktəblərdə “Son zəng” tədbirlərinin keçirilməsi ilə bağlı da məlumat açıqlayıb.

 

Belə ki, ümumtəhsil məktəblərində “Son zəng” tədbiri Təhsil Nazirliyinin əvvəlki illərdə müəyyən etdiyi qaydada təşkil olunacaq. Yerli təhsil orqanlarına, ümumtəhsil məktəblərinin rəhbərlərinə tövsiyə olunub ki, “Son zəng” tədbiri bilavasitə müəssisədə keçirilsin, tədbirə ictimaiyyətin nümayəndələri dəvət olunsun, təhlükəsizliklə bağlı lazımi işlər görülsün. “Son zəng” tədbirinin tələb edilən səviyyədə təşkili üçün bilavasitə ümumtəhsil məktəblərinin rəhbərləri cavabdehdirlər.

 

Apa.az