Azərbaycan milli mətbəxinin qorunması və təbliği məqsədilə qanun qəbul ediləcək

Posted by

Azərbaycan milli mətbəxinin qorunması və təbliği məqsədilə qanun qəbul ediləcək

 

Azərbaycan milli mətbəxinin qorunması və təbliği məqsədilə qanun qəbul ediləcək

Azərbaycan milli mətbəxinin qorunması və təbliği məqsədilə qanun qəbul ediləcək

 

Milli Məclisdə Azərbaycan milli mətbəxinin qorunması və təbliği məqsədilə yeni qanun layihəsi hazırlanır. Bu barədə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov komitənin bu gün keçirilən iclasında bildirib.

Komitə sədri deyib ki, qanun layihəsi yaz sessiyası dövründə müzakirəyə çıxarlacaq: “Qanun layihəsində xüsusilə yeməkxanalardakı problemlər, ərzaq məsələləri, şadlıq evləri, yas və toy məclislərində verilən yeməklər, milli mətbəximizin dünyaya təqdim olunması, yemək mədəniyyətimizin başqa xalqlar tərəfindən mənimsənilməsi və bunun qarşısının alınması ilə bağlı xeyli məqamlar var. Bizim yeməklərimizin başqa xalqlar tərəfindən mənimsənilməsi mədəniyyət məsələsidir”.

Qanun layihəsinin müəllifi, millət vəkili Leyla Abdullayeva bildirib ki, qanun layihəsi ilkin varinatda “Milli mətbəx mədəniyyəti haqqında” adlanır. Komitənin iş planında isə “Kulinariya mədəniyyəti haqqında” qanun layihəsi kimi qeyd olunur.

Azərbaycanda ilk dəfədir bu tip qanun layihəsinin hazırlandığını deyən millət vəkilinin sözlərinə görə, layihə ekspert rəyi alınması üçün Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzinə göndərilib.

Qanun layihəsində qeyd edilir ki, Azərbaycan xalqına məxsus, texnoloji, avadanlıq və resept komplekslərini özündə birləşdirən xörək və qida məhsullarının hazırlanması ilə əlaqədar insan fəaliyyətinin nəticələri milli mətbəx nümunələri hesab edilir.

Qanun layihəsində milli mətbəx nümunələrinin qeydiyyatı, onların qorunması və təbliği, bu sahədə peşəkar kadrların hazırlanması, qədim və nadir milli mətbəx nümunələrinin tədqiq edilməsi və s. məsələlər yer alıb.

 

Trend.az