Azərbaycan Milli Məclisinin sədri Ukrayna Ali Radasının spikeri ilə görüşmüşdür

Posted by

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov iyunun 7-də Kiyevdə Ukrayna Ali Radasının spikeri Aleksandr Turçinov ilə görüşmüşdür.

Görüşdə ölkələrimiz arasında əməkdaşlığın intensivləşdirilməsi, GÜAM səviyyəsində dövlətlərarası münasibətlərin fəallaşdırılması məsələləri müzakirə edilmişdir.

A.Turçinov Ali Radanın katibliyinə GÜAM çərçivəsində görüşün hazırlanması barədə tapşırıq verdiyini vurğulamışdır.

O.Əsədov qeyd etmişdir ki, Ukrayna Azərbaycan üçün həmişə etibarlı tərəfdaş olmuşdur.

Milli Məclisin sədri ümidvar olduğunu bildirmişdir ki, hər iki ölkə bundan sonra da əməkdaşlıq potensialını artıracaqdır. Sonda O.Əsədov Ukraynaya uğurlar və firavanlıq arzulamışdır.

Görüşdə Azərbaycan Milli Məclisinin deputatı Çingiz Əsədullayev və ölkəmizin Ukraynadakı səfiri Eynulla Mədətli iştirak etmişlər.

AzərTac.az