Azərbaycan ilə Serbiya arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb
Bu gün Serbiyada rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belqrad şəhərində Serbiyanın müdafiə naziri Neboyşa Rodiçlə görüşüb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Serbiya Müdafiə Nazirliyində keçirilən görüşdən sonra nazirlər “Azərbaycan Respublikası hökuməti və Serbiya Respublikası hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”i imzalayıblar.
Trend.az