Azərbaycan ilə Rusiya arasında 2015-ci il üçün Əməkdaşlıq Planı imzalanıb

Posted by

Azərbaycan ilə Rusiya arasında 2015-ci il üçün Əməkdaşlıq Planı imzalanıbAzərbaycan ilə Rusiya arasında 2015-ci il üçün Əməkdaşlıq Planı imzalanıb

Azərbaycan ilə Rusiya arasında 2015-ci il üçün Əməkdaşlıq Planı imzalanıb

Oktyabrın 13-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, geniş tərkibdə keçirilən görüşdə general-polkovnik Z.Həsənov iki ölkə arasında əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı inam üzərində qurulduğunu və bu əlaqələrin daim inkişaf etdiyini vurğulayıb. Nazir Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ərazilərimizin işğal olunması, bunun nəticəsində doğma ocaqlarından didərgin salınmış bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi faktını qonaqların diqqətinə çatdırıb.

Ordu generalı S.Şoyqu dövlətlərimizin əlaqələrinin möhkəm dostluq münasibətlərinə əsaslandığını, Rusiyanın Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib.

Sonra iki ölkə arasında beynəlxalq və regional təhlükəsizlik, Xəzərdə hərbi əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb, ikitərəfli hərbi texniki və hərbi təhsil sahələrində əlaqələrin əsas inkişaf istiqamətləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Görüşün sonunda müdafiə nazirləri iki ölkə arasında 2015-ci il üçün Əməkdaşlıq Planını imzalayıblar.

 

AzərTac.az