Azərbaycan ilə İran arasında teleradio yayımının təşkili məsələləri müzakirə edilib

Posted by

Azərbaycan ilə İran arasında teleradio yayımının təşkili məsələləri müzakirə edilibAzərbaycan ilə İran arasında teleradio yayımının təşkili məsələləri müzakirə edilib

Azərbaycan ilə İran arasında teleradio yayımının təşkili məsələləri müzakirə edilib

Oktyabrın 10-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Radio-Televiziya Təşkilatının sədri, İran Ali Rəhbərinin teleradio yayımı üzrə nümayəndəsi İzzətullah Zərqami ilə görüşüb.

Trend AzərTAc-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü ilin aprelində İran İslam Respublikasına rəsmi səfəri zamanı Prezident Həsən Ruhani ilə informasiya, teleradio yayımı və mətbuat sahəsində ikitərəfli əlaqələrə dair razılaşdırılmış prinsiplər əsasında Azərbaycanla İran arasında televiziya və radio yayımının təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin dərin tarixi köklərə əsaslandığı bildirilən görüşdə əlaqələrimizin inkişafında qarşılıqlı informasiya mübadiləsinin xüsusi rol oynadığı vurğulanıb.

Söhbət zamanı əməkdaşlığın perspektivləri və həyata keçiriləcək birgə layihələr, xüsusilə hər iki ölkənin tarixi, mədəniyyəti ilə bağlı filmlərin hazırlanması məsələsi barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli da iştirak edib.

 

Trend.az