Azərbaycan ilə İordaniya arasında ailə, qadın və uşaq məsələləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Posted by

Azərbaycan ilə İordaniya arasında ailə, qadın və uşaq məsələləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıbAzərbaycan ilə İordaniya arasında ailə, qadın və uşaq məsələləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycan ilə İordaniya arasında ailə, qadın və uşaq məsələləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Oktyabrın 20-də Bakıda keçirilən “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda V Beynəlxalq konfrans çərçivəsində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə İordaniya Haşimilər Krallığının Qadın Məsələləri üzrə Milli Komissiyası arasında Anlaşma Memorandumu imzalanıb.

AzərTAc xəbər verir ki, sənədi Azərbaycan Respublikası adından Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, İordaniya Haşimilər Krallığı adından Qadın Məsələləri üzrə Milli Komissiyasının baş katibi Salma Al Nims imzalayıblar.

Memorandumda əməkdaşlığın inkişafı, təcrübə mübadiləsinin həyata keçirilməsi və dövlət proqramları çərçivəsində ailə, qadın və uşaqlara dair məsələlərin həlli istiqamətində zəruri tədbirlərin görülməsi nəzərdə tutulub.

 

AzərTac.az