Azərbaycan ilə Niderland Krallığı arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir

Posted by

Azərbaycan ilə Niderland Krallığı arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir

Azərbaycan ilə Niderland Krallığı arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir

Azərbaycan ilə Niderland Krallığı arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir

Aprelin 25-də Bakıda Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov Niderland Krallığı Senatının üzvü Rene Van der Lindenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşün məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etmək olmuşdur.

Nazir iki ölkə arasında iqtisadi, siyasi və digər sahələrdə daim inkişaf edən əlaqələrin kənd təsərrüfatı sahəsində də fəal əməkdaşlığa şərait yaratdığını qeyd etmişdir.

Prezident İlham Əliyevin kənd təsərrüfatını prioritet sahə kimi daim diqqət mərkəzində saxladığını deyən H. Əsədov “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli Fərmanında aqrar sahənin davamlı inkişafının təmin edilməsi istiqamətində qarşıda duran vəzifələri açıqlamış və bu Fərmanın aqrar sahənin inkişafına təkan verəcəyini bildirmişdir.

Nazir Niderland Krallığının Azərbaycanda kənd təsərrüfatı sahəsində həyata keçirdiyi layihələrin verdiyi səmərəni yüksək qiymətləndirmiş və aqrar sahədə əlaqələrin inkişafına önəm verdiyini qeyd edərək iki ölkə arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasının vacibliyini vurğulamışdır. O, Azərbaycanda kənd təsərrüfatı sahəsində əlverişli investisiya mühitinin olduğunu nəzərə çatdırmışdır.

H. Əsədov baytarlıq, fitosanitariya, kartof toxumçuluğu, “Aqropark”ların yaradılması sahəsində təcrübə mübadiləsinin aparılması, aqraryönümlü elmi-tədqiqat və ali təhsil müəssisələrinin əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və s. təkliflərini irəli sürmüşdür.

Rene Van der Linden Niderland Krallığının kənd təsərrüfatı sahəsində böyük təcrübə topladığını, Azərbaycanın da aqrar sahənin inkişafı üçün böyük potensiala malik olduğunu bildirmiş, ölkəsinin bu sahədə Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd etmişdir. O, nazir Heydər Əsədovu bu ilin oktyabr ayında Niderland Krallığında keçiriləcək biznes foruma dəvət etmişdir.

Görüşdə Niderland Krallığının nüfuzlu şirkətlərinin rəhbərləri Azərbaycan şirkətləri ilə əlaqələrindən danışmış, gələcək əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılmışdır.

Niderland Krallığının ölkəmizdəki səfiri Robert Jan Qabrielse iki ölkə arasında aqrar sahədə əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirmişdir.

 

AzərTac.az