Azərbaycan ilə BMT arasında Anlaşma Memorandumu imzalanıb

Posted by

Azərbaycan ilə BMT arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan ilə BMT arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan ilə BMT arasında Anlaşma Memorandumu imzalanıb

Amerika Birləşmiş Ştatlarında rəsmi səfərdə olan Gənclər və idman naziri Azad Rəhimov və Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmisi Maher Naseer Azərbaycan Gənclər və İdman Nazirliyi və BMT arasında Anlaşma Memorandumunu imzalayıblar.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Memorandum çərçivəsində nazirlik və BMT Baş katibinin Gənclər üzrə Elçisinin ofisi arasında əlaqələrin genişləndirilməsi və inkişafı nəzərdə tutulub.

İmzalanma mərasimindən sonra A.Rəhimov BMT radiosuna müsahibə verərək, Azərbaycan dövlət gənclər siyasəti modeli və BMT Baş katibinin Gənclər üzrə Elçisinin ofisi ilə əməkdaşlıq perspektivləri haqqında danışıb.

Qeyd edək ki, “Gənclər ilə və gənclər üçün işi” 5 əsas prioritetlərdən biri kimi elan edən BMT Baş katibi Ban Ki-mun dünya dövlətlərinə müraciət edərək Gənclər üzrə Elçisini və onun fəaliyyətini dəstəkləməyə çağırıb. Bununla da, Azərbaycan höküməti bu çağırışa cavab verən ilk dövlətlərdən biri oldu.

 

Trend.az