Azərbaycan iki yeni “Boeing” təyyarəsi alıb

Posted by

Azərbaycan iki yeni "Boeing" təyyarəsi alıbAzərbaycan iki yeni “Boeing” təyyarəsi alıb

Azərbaycan iki yeni "Boeing" təyyarəsi alıb

Azərbaycanın “Silk Way Airlines” şirkəti “Boeing 747-8” markalı iki yeni yük təyyarəsi alıb. Trend-in məlumatına görə, bu barədə “Boeing” şirkətinin saytında yerləşdirilmiş məlumatda deyilir.

Bildirilir ki, təyyarələrdən biri Azərbaycanın aviasiya şirkətinə ötən həftə, digəri isə avqustun 28-də çatdırılıb.

Müasir “Boeing 747-8” təyyarələri “Boeing-747-400” təyyarələrində 16 faiz daha tutumludur. İndiyədək müxtəlif aviaşirkətlərə “Boeing 747-849” markalı 49 yük təyyarəsi satılıb.

Azıərbaycanın “Silk Way Airlines” aviaşirkətinin mənzil-qərargahı Bakıda yerləşir. Aviaşirkət 50-dən artıq istiqamətdə müntəzəm və çarter yük reyslərinin həyata keçirilməsi üzrə liderdir.

 

Trend/az