Azərbaycan iki illik müqavilə əsasında Vyetnama xam neft satacaqdır

Posted by

Azərbaycan iki illik müqaviləyə əsasən Vyetnama xam neft satacaqdır.

AzərTAc asia.nikkei.com saytına istinadən xəbər verir ki, Vyetnamın Petrovietnam (PVN) şirkəti stabil təchizatını təmin etmək üçün növbəti iki il ərzində Azərbaycandan xam neft alacaqdır. Mart ayının əvvəlində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Petrovietnam Oil, “Binh Son Refining” və “Petrochemical” şirkətləri arasında alqı-satqı müqaviləsi imzalanmışdır.

2016-cı ilədək olan dövrü əhatə edən müqaviləyə əsasən, cari il ərzində Azərbaycan Vyetnama 3,5 milyon barel xam neft satacaqdır.

AzərTac.az