Azərbaycan hökuməti ilə ATƏT-in layihə əlaqələndiricisi arasında gələcək layihələrin icrasına dair fikir mübadiləsi aparılıb

Posted by

Azərbaycan hökuməti ilə ATƏT-in layihə əlaqələndiricisi arasında gələcək layihələrin icrasına dair fikir mübadiləsi aparılıbAzərbaycan hökuməti ilə ATƏT-in layihə əlaqələndiricisi arasında gələcək layihələrin icrasına dair fikir mübadiləsi aparılıb

Azərbaycan hökuməti ilə ATƏT-in layihə əlaqələndiricisi arasında gələcək layihələrin icrasına dair fikir mübadiləsi aparılıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənov oktyabrın 20-də ATƏT-in Azərbaycan üzrə layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, Azərbaycanda bu vəzifəyə təyinat aldıqdan sonra ilk dəfə görüşə gəldiyinə və ATƏT tərəfindən ölkəmizdə müxtəlif dövlət təşkilatları ilə birlikdə həyata keçirilən layihələrə görə qonağa təşəkkürünü bildirən Baş nazirin müavini Əli Həsənov bunu qurum ilə Azərbaycan hökuməti arasındakı əməkdaşlıq əlaqələrinin yaxşı səviyyədə qurulmasının nümunəsi kimi dəyərləndirib.

Baş nazirin müavini Əli Həsənov diplomata Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, ölkəmizdə qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat verib. Bildirilib ki, son 200 ildə Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar.

Görüşdə Əli Həsənov, eyni zamanda, bu münaqişə nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın problemləri, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən onlara göstərilən hərtərəfli dövlət qayğısı barəsində də məlumat verərək bildirib ki, dövlətimiz tərəfindən bu təbəqədən olan soydaşlarımızın sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün ötən müddətdə respublikamızın müxtəlif ərazilərində qaçqın və məcburi köçkünlər üçün bütün sosial-texniki infrastruktur ilə birlikdə 86 müasir qəsəbə salınıb, 42 min ailə – 210 mindən çox soydaşımız bu qəsəbələrə köçürülüb. Hazırda bu sahədə işlər davam etdirilir.

Baş nazirin müavini Əli Həsənov və Aleksis Şahtaxtinski Azərbaycan hökuməti ilə ATƏT-in layihə əlaqələndiricisi arasında gələcək layihələrin icrasına dair fikir mübadiləsi aparıb. Bununla yanaşı, narkotik qaçaqmalçılığa qarşı mübarizənin intensivləşdirilməsi ilə əlaqədar digər görüşlərin də keçirilməsi nəzərdə tutulur.

 

AzərTac.az