Azərbaycan Fransada keçirilən forumda təmsil olunub

Posted by

Azərbaycan Fransada keçirilən forumda təmsil olunubAzərbaycan Fransada keçirilən forumda təmsil olunub

Azərbaycan Fransada keçirilən forumda təmsil olunub

Paris Azərbaycan Evi Fransa paytaxtının nüfuzlu bələdiyyələrindən biri olan Paris 16-ci bələdiyyə dairəsində təşkil olunmuş Assosiasiyalar Forumunda ölkəmizi təmsil edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, təşkilatın Forumda iştirakı Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi ilə baş tutub.

100-dək nüfuzlu təşkilat, qurum, həmçinin yüzlərlə insanın iştirak etdiyi Assosiasiyalar Forumunda Azərbaycan Evi öz təqdimatı ilə iştirakçıların böyük marağına səbəb olub. Tədbirdə Heydər Əliyev Fondunun nəşr etdirdiyi Azərbaycanın tarixi, mədəniyyəti, incəsənətindən bəhs edən broşürlər, kitablar, milli xalça nümunələri və digər əl işləri nümayiş etdirilib, qonaqlar milli şirniyyatlarımızdan dadmaq imkanı əldə ediblər.

Tədbir zamanı bələdiyyənin mədəniyyət işləri üzrə rəhbəri Henna Sebbah Azərbaycan Evinin nümayəndələrini təbrik edərək, ölkəmizlə yaxından maraqlanıb, gələcəkdə birgə mədəni layihələr həyata keçirmək imkanları haqqında danışıb. Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva isə bələdiyyə rəsmisinə Azərbaycana aid kitab, suvenir və əl işləri təqdim edib. Bu tədbir Azərbaycan Evinə müxtəlif yerli təşkilatlarla tanışlıq və gələcək fəaliyyətində əməkdaşlıq etmək üçün imkanlar yaradıb.

 

Trend/az