Azərbaycan-Fələstin dostluq münasibətləri tarixi köklərə əsaslanır

Posted by

Azərbaycan-Fələstin dostluq münasibətləri tarixi köklərə əsaslanırAzərbaycan-Fələstin dostluq münasibətləri tarixi köklərə əsaslanır

Azərbaycan-Fələstin dostluq münasibətləri tarixi köklərə əsaslanır

Azərbaycanda səfərdə olan Fələstinin xarici işlər naziri Riyad əl-Maliki oktyabrın 15-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə ilə görüşüb.

AzərTAc xəbər verir ki, görüşdə Azərbaycan ilə Fələstin arasında dostluq əlaqələrinin tarixi köklərə əsaslandığı bildirilib.

Riyad əl-Maliki Azərbaycanın Fələstinə həm humanitar yardım göstərməsini, həm də bu ölkəni beynəlxalq təşkilatlarda daim dəstəkləməsini yüksək qiymətləndirib.

Azərbaycan ilə Fələstin arasında müxtəlif sahələrdə əməkdaşlığın mövcud olduğunu bildirən nazir səfərinin bu əlaqələri daha da dərinləşdirməyə xidmət etdiyini söyləyib. O, əlavə edib ki, Azərbaycan və Fələstin Xarici İşlər nazirlikləri arasında imzalanmış Anlaşma Memorandumu əlaqələrin dərinləşməsinə töhfə verəcək.

Allahşükür Paşazadə Azərbaycan və Fələstin xalqları arasında möhkəm dostuq əlaqələrinin olduğunu deyib. Şeyxülislam əlaqələrimizin bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə edib. A.Paşazadə Azərbaycanın və Fələstinin bir-birinə qarşılıqlı dəstəyinin hər zaman davam edəcəyini vurğulayıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Fələstin tərəfinə minnətdarlığını bildirib.

 

AzərTac.az