Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin 94-cü sessiyasında iştirak edir
Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin ixtisaslaşmış təşkilatı olan Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin Londonda keçirilən 94-cü sessiyasında iştirak edir.
Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Dənizdə insan həyatının mühafizəsinə dair”, “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” və “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” beynəlxalq konvensiyalara edilən dəyişikliklərin təhlil olunması və dəyişikliklərin milli qanunvericiliyə implementasiyası üzrə müzakirələrin aparılması sessiyanın gündəmində duran əsas məsələlərdir.
Eyni zamanda Komitənin iclasında beynəlxalq ictimaiyyəti dərindən narahat edən dəniz quldurluğu hallarının qarşısının alınması ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirlər, dəniz mühitinin mühafizəsinin və dənizdə təhlükəsizliyin ən yüksək səviyyədə təmin edilməsi ilə əlaqədar dünya dəniz dövlətləri tərəfindən həyata keçirilməsi zəruri olan fəaliyyətlər ilə əlaqədar ümumi müzakirələr aparılacaq. Sessiya müddətində Azərbaycan nümayəndə heyətinin Beynəlxalq Dəniz Təşkilatı rəsmiləri və sessiyada iştirak edən üzv dövlətlərin nümayəndələri ilə ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycanın 1995-ci ildən Beynəlxalq Dəniz Təşkilatının üzvüdür.
APA.az