Azərbaycan dini azlıqların və müxtəlif etnik qrupların sülh şəraitində yaşadıqları nümunəvi ölkədir

Posted by

Azərbaycan dini azlıqların və müxtəlif etnik qrupların sülh şəraitdə yaşadıqları nümunəvi ölkədir.

Azadlıq və Demokratiya uğrunda Avropa Mərkəzi Siyasi Fondunun prezidenti Fiorello Provera AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində bu barədə danışıb.

F.Provera bildirib ki, dünyada dini zəmində münaqişələrin və qarşıdurmaların tüğyan etdiyi bir vaxtda Romada “İslam ənənəli dövlətlərdə dini birgəyaşayış. Müsəlman ölkəsində müxtəlif dinlərin yanaşı mövcudluğu: Azərbaycan təcrübəsi” mövzusunda konfransın təşkili olduqca vacib idi. Azərbaycan tərəfinin belə bir tədbirin keçirilməsi təşəbbüsünü irəli sürməsi təqdirəlayiqdir. O deyib: “Azərbaycanın nümunəsində görmək olur ki, həqiqətən də müxtəlif mədəniyyətlərə, sivilizasiyalara məxsus insanlar birgə və sülh şəraitində yaşaya bilərlər. Azərbaycan rəhbərliyini və xalqını belə bir nailiyyətə görə təbrik edirəm”.

Azərbaycan-İtaliya münasibətlərinə toxunan F.Provera əlaqələrimizin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Bildirib ki, ölkələrimiz arasındakı əməkdaşlığı enerji, iqtisadiyyat, ticarət, biznes sahələri ilə yanaşı, mədəni, intellektual, turizm və digər sektorlara da şamil etmək olar. Tarixi köklərə söykənən ikitərəfli əlaqələrimiz bu gün də inkişaf etməkdədir.

AzərTac/az