Azərbaycan-Belarus siyasi-iqtisadi əlaqələrinin mövcud səviyyəsindən məmnunluq ifadə olunub

Posted by

Azərbaycan-Belarus siyasi-iqtisadi əlaqələrinin mövcud səviyyəsindən məmnunluq ifadə olunubAzərbaycan-Belarus siyasi-iqtisadi əlaqələrinin mövcud səviyyəsindən məmnunluq ifadə olunub

Azərbaycan-Belarus siyasi-iqtisadi əlaqələrinin mövcud səviyyəsindən məmnunluq ifadə olunub

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Belarus Respublikasına rəsmi səfəri çərçivəsində oktyabrın 6-da bu ölkənin xarici işlər naziri Vladimir Makey ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə ölkələrimiz arasındakı səmimi dostluq münasibətləri əsasında dinamik surətdə inkişaf edən ikitərəfli siyasi-iqtisadi əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olunub.

Hər iki ölkənin əksər beynəlxalq məsələlərə münasibətdə mövqeyinin üst-üstə düşdüyü vurğulanaraq, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Görüşdə ikitərəfli əlaqələrin inkişafında parlamentlərarası təmasların xüsusi rola malik olduğu qeyd edilərək, parlamentlər səviyyəsində qarşılıqlı səfərlərin təşviq edilməsinin vacibliyi vurğulanıb.

Görüş zamanı hökumətlərarası əməkdaşlıq komissiyasının növbəti iclası və onun gündəliyində duran məsələlər, müqavilə-hüquq bazasının genişləndirilməsi, qarşılıqlı sərmayələr və uzunmüddətli iqtisadi layihələr kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Hər iki ölkənin yüksək texnologiyalar, sənayenin müxtəlif sahələri, kənd təsərrüfatı və mədəni və humanitar sahələrdə əməkdaşlıq üçün böyük imkanlara malik olduğu qeyd edilib.

Görüşdən sonra Elmar Məmmədyarov və Vladimir Makey birgə mətbuat konfransı keçiriblər.

 

AzərTac.az