Azərbaycan Avropa Gənclər Forumunun Baş Assambleyasında təmsil olunub

Posted by

Azərbaycan Avropa Gənclər Forumunun Baş Assambleyasında təmsil olunub

Azərbaycan Avropa Gənclər Forumunun Baş Assambleyasında təmsil olunub

 

Azərbaycan Avropa Gənclər Forumunun Baş Assambleyasında təmsil olunub

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadə və beynəlxalq əlaqələr üzrə katibi Leyla İsrafilova Avropa Gənclər Forumunun (AGF) Baş Assambleyasında iştirak ediblər. Qitənin ən böyük gənclər platformasının Baş Assambleyasına Forumda təmsil olunan qurumların 300-ə yaxın nümayəndəsi qatılıb.

 

ARGTMŞ-dan AzərTAc-a bildiriblər ki, Assambleyada AGF-in 2014-cü il üzrə fəaliyyət və maliyyə hesabatlarına baxılıb, təşkilatın prezidenti, vitse-prezidenti və idarə heyətinin tərkibi seçilib. Səsvermə əsasında Finlandiya Gənclər Milli Şurasının sədri Yohanna Niman Forumun yeni prezidenti seçilib.

 

Sonra AGF-in 2015-2016-cı illər üzrə fəaliyyət və maliyyə planları qəbul olunub.

 

Qitə ölkələrinin gənclər milli şuralarını və beynəlxalq gənclər təşkilatlarından ibarət 99 qurumu birləşdirən Avropa Gənclər Forumu 10 milyona yaxın gəncin maraqlarını təmsil edir. ARGTMŞ 1997-ci ildən Forumun tamhüquqlu üzvü və Azərbaycanı bu qurumda rəsmi olaraq təmsil etmək hüququna malik yeganə təşkilatdır.

 

AGF-in 2015-ci il üzrə Baş Assambleyasının Forumun üzvü olan beynəlxalq gənclər təşkilatları və 47 ölkənin gənclər milli şuralarının 300-ə yaxın nümayəndəsinin iştirakı ilə ARGTMŞ-nin təşkilatçılığı ilə Azərbaycanda keçirilməsi planlaşdırılır.

 

AzərTac.az